Azərbaycanda kredit borcu olanların sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda kredit borcu olanların sayı açıqlandı

Azərbaycanda kredit borcu olanların sayı açıqlandı


Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin iyunun 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 434 min 759 nəfər kredit götürən şəxs (borc alan) var.

Bu isə ümumi əhalinin 27%-ni təşkil edir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı statistik məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 401 min 814 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır.

Bundan əlavə, 10 min 979 nəfər hüquqi şəxslər, 21 min 966 nəfər isə sahibkarlıq subyektləridir.

Zamin şəxslərin sayı isə son bir ayda 13 min 318 nəfər artaraq, 1 milyon 129 min 138 nəfərə çatıb.

Onu da əlavə edək ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə 2 milyon 414 min 122 nəfər olub.

Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.

Qeyd edək ki, bir müddət əvvəl əhalinin kredit borclarının silinəcəyi ilə bağlı yanlış məlumat yayılmışdı.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *