Pakistanda uşaq parkında partlayış: 50-dən çox ölən var
Həlak olanların böyük əksəriyyəti qadınlar və uşaqlardır.
Pakistanın cənub-şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, Oxu.Az Pakistan mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, hadisə nəticəsində 100-dən çox insan yaralanıb. Polisin məlumatına görə, terrorçu partlayıcı qurğöunu uşaq parkında partladıb, həmin vaxtı orada ailələr çox olduğu üçün yaralanan və həlak olanların böyük əksəriyyəti qadınlar və uşaqlardır.
Hadisə şahidlərindən birinin sözlərinə görə, parkda xeyli sayda insan martın 27-də qeyd olunan Pasxa ilə əlaqədar toplaşıbmış.
Mənbə:> Oxu.Az