Məsciddə partlayış: 9 ölü

Bağdadda partlayış nəticəsində ən azı doqquz insan həlak olub.
ANS PRESS-in məlumatına görə, bu haqda yerli polis idarəsi xəbər yayıb.
Xəbərdə deyilir ki, mücahid şiə məscidində ümumi dua zamanı partlayıcı qurğunu işə salıb.
Hücum Bağdaddan şimal-şərqdə yerləşən şəhərdə sünni məscidinə döyüşçülərin hücumundan bir neçə gün sonra olub.
Həmin partlayış zamanı 70 insan həlak olmuşdu.
Qeyd edək ki, İraqda vəziyət günü-gündən qəlizləşir.
Mənbə: ANSPRESS