Türkiyə yenidən dəhşət içində: 25 ölü, 100-dən çox yaralı – VİDEO+FOTO (YENİLƏNİB)
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.
Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.
15:05
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.
Mənbə:> APA