Tiflisdəki partlayışda ölənlərin sayı 4-ə çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Tiflisdəki partlayışda ölənlərin sayı 4-ə çatdı

Tiflisdəki partlayışda ölənlərin sayı 4-ə çatdı

Tiflisin Qldani massivinin 6-cı rayonunda, yaşayış binasının ikinci korpusunda güclü partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Bu barədə Tiflis şəhər meri David Narimaniya hadisə yerində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qaz sızmasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb və 8 nəfər zərər çəkib.

Tiflisdəki partlayışda ölənlərin sayı 4-ə çatdı
[center]

Hadisə yerində Tiflis fövqəladə hallar departamentinin xilasediciləri çalışırlar.

Xatırladaq ki, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır (APA)

* * * 20:19

Tiflisin Qldani massivinin 6-cı rayonunda yaşayış binasının ikinci korpusunda güclü partlayış baş verib.

İlkin versiyada bildirilib ki, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində 2 nəfər - bir qadın və bir kişi ölüb, 3 nəfər isə yaralanıb. Yaralanan sakinlər xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 5-ci mərtəbənin 3 divarı uçub, həmçinin qonşu binadakı evlərin şüşələri qırılıb. Hadisə yerinə Tiflis şəhər meri David Narimaniya, baş nazirin birinci müavini Kaxa Kaladze və rayon icra hakimiyyətinin rəhbəri gəlib.

Hadisə yerində xilasetmə işləri həyata keçirilir.

Gürcüstan DİN mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır (APA).

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *