Ölənlərin sayı 12 oldu » AzNews.info -Xəbər portalı

Ölənlərin sayı 12 oldu – Rəsmi + 41 yaralı

Ölənlərin sayı 12 oldu


Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb.


AzNews,info xəbər verir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. O deyib ki, hadisə zamanı ölənlərin sayı 10 nəfərə çatıb, xəsarət alanlar isə 41 nəfərdir: "Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır".

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar son məlumat açıqlanıb. Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə zamanı ölənlərin sayı 12-yə çatıb. 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Bunlardan 24-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Saat 14:33

Binəqədi rayonu Azadlıq 189-da yerləşən hündürmərtəbəli binada baş verən yanğında ölənlərin sayı bir qədər də artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın ANS PRESS-ə verdiyi məlumata görə, yanğın zamanı ölənlərin sayı 10-a çatıb.

Yanğın nəticəsində xəsarət alanlar 43 nəfərdən 24-ü xəstəxanaya yerləşdirilib. 9 nəfər yerində ilkin tibbi yardım göstərilərək evə buxaraxılıb.

Qeyd edək ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb.

Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Məlumata görə, iki nəfər özünü yanan binadan aşağı atıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *