Partlayışlarda ölənlərin sayı
Bu ilin 9 ayı ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 17% çoxdur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, partlayışlar zamanı 9 nəfər həlak olub, 40 nəfər xəsarət alıb.
Ümumilikdə 2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 9828 təbii və texnogen mənşəli hadisə baş verib. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2495 hadisə və ya 34% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 50 nəfər həlak olub, 123 nəfər xəsarət alıb. FHN-in xilasediciləri tərəfindən 17 nəfər xilas edilib,15 nəfər təxliyə olunub.
Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 9691 çıxış edilib. Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 1800, açıq sahələrdə yanğınlar - 6101, meşə və meşə talalarında yanğınlar - 38 çıxış, nəqliyyat vasitələrində yanğınlar - 289, digər yanğınlar - 1463 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 82 nəfər xəsarət alıb. Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 6 nəfər və ya 13% az, xəsarət alanların sayı isə 25 nəfər və ya 44% çoxdur.
Qeyd edək ki, ötən il partlayışlar zamanı 4 nəfər ölmüş, 17 nəfər xəsarət almışdı.
Mənbə:> ANSPRESS