Uçqunda ölənlərin sayı artır
Nepalda baş verən qar fırtınası və meydana gələn uçqun zamanı ölənlərin sayı 40-ı keçib.
ANS PRESS-in məlumatına görə, baş verən faciədən sonra 5416 metr hündürlüyü olan zirvəyə qalxmaq istəyən 385 alpinistdən 100-ə qədərinin itkin düşdüyü xəbəri verilmişdi. Xilas edilən alpinistlər hipoterm səbəbi ilə xəstəxanaya yerləşdiriliblər. Alpinistlər arasında müxtəlif ölkələrdən gələn dağçıların olduğu deyilir.
Xatırladaq ki, Hindistandakı Hud-Hud qasırğası Himalay dağlarında qar fırtınasına və uçquna səbəb olub. Oktyabr ayında belə bir fırtınanın yaşanmadığını bildirən mütəxəssislər qlobal istiləşmənin və qar fırtınasının Himalayda uçqun fəlakətlərinin artmasına gətirib çıxardığını deyirlər.
Mənbə:> ANSPRESS