13 milyon adam ölə bilər
23 sentyabr süd vəzi xərçəngi ilə ümumdünya mübarizə günüdür. Onkoloji xəstəliklərin bu növü ən inkişaf etmiş ölkələrdə də ən geniş yayılmış xəstəliklərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında xərçəng xəstəliyi hallarının gələn 20 il ərzində 57 faiz artacağı bildirilir. Hesabatda 14 milyon olan xərçəng xəstələrinin sayının 2014-cü ildən başlayaraq hər il 22 milyona yüksələcəyi təxmin edilir. Bu xəstəlik səbəbi ilə ölənlərin sayı 8.2 milyondan 13 miyona qalxa bilər.
Dünyada xərçəng xəstələrinin 60 faizi və xərçəng xəstəliyindən ölənlərin 70 faizi Afrika, Asiya, Mərkəzi və Cənubi Amerika ölkələrinin payına düşür.
Bu xəstəliyin səbəbi dəqiqi bilinməsə də, mütəxəssislər belə düşünürlər ki, siqaret çəkmək, konservləşdirilmiş qidalar, piylənmə və genitik faktorlar bu xəstəliyə tutulma riskini artırır.
Bu yaxınlarda alimlər aşkar ediblər ki, şəkər süd vəzisinə mənfi təsir göstərir. Gec yaşlarda uşaq dünyaya gətirmək də döş xərçənginin yaranması riskini artır.
Müxtəlif onkoloji xəstəliklərin qarşısını almaq üçün birinci növbədə sağlam həyat tərzi keçirmək, siqaret çəkməkdən imtina etmək , düzgün qidalanmaq lazımdır. Mütəxəssislər bununla yanaşı gecə tam qaranlıqda yatmağı məsləhət görürlər. Onların fikirlərinə görə gecə qaranlıqda yatan zaman hormonların oyanması prosesi baş verir və bu onkoloji xəstəliklərin qarşısını almağa kömək edir.
Onu da qeyd edək ki,mütəxəssislər zaman-zaman süd vəzilərinə diqqət etməyi məsləhət görürlər. Çünki problem nə qədər tez tapılsa, nəticə də o qədər yaxşı olar.
Mənbə:> ANSPRESS