Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb.
AzNews.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 11 456 nəfər olub. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 4 528 nəfər (Əhalinin hər 100 000 nəfərinə 48,7 nəfər) təşkil edib.
Onlardan 3652-si ağciyər vərəmi, 100-ü sümük və oynaqların vərəmi, 38-i sidik-cinsiyyət yollarının vərəmi, 469-u vərəmli plevrit, 115-i döş qəfəsidaxili limfa düyünlərinin vərəmi, 11-i qırtlaq, traxeya və bronxların vərəminin payına düşür.
İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış 4 528 vərəmli xəstələrdən 3 270-i kişi, 1 258-i isə qadınlardır. Vərəm daha çox 18-29 yaşlı insanlar arasında qeydə alınıb. Belə ki, xəstələrin 179-u 0-13 yaşlı, 323-ü 14-17 yaşlı, 1 637-si 18-29 yaşlı, 1 058-i 30-44 yaşlı, 1 132-si 45-64 yaşlı, 199-u 65 və yuxarı yaşda olan insanlardır.
Mənbə:> APA