Emin: Konsertimin gəlirləri yanğında həlak olanların ailəsinə veriləcək
Müğənni-bəstəkar Emin ötən gün Bakıda baş vermiş yanğınla bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, Emin İnstaqram hesabında gələn ay keçiriləcək konsertindən gələn gəlirlərin dünyasını dəyişənlərin ailəsinə veriləcəyini yazıb:
"Dəhşətli faciədir. Həlak olanların ailəsinə başsağlığı verirəm. İyulun 16-da, Yaşıl Teatrda keçiriləcək konsertim isə xeyriyyə xarakterli olacaq. Konsertdən gələn gəlirlər yanğında həlak olanların ailəsinə veriləcək".
Mənbə:> Oxu.Az