20 yaşlı gəncdən ailəsinə zərbə

Ötən gün Ağcabədi rayonunda 20 yaşlı gənc özünü öldürüb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyamadanlı kəndində olub.
Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Şamxal Cümşüd oğlu Xankişiyevin meyidi yaşadığı evdə tapılıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, gənc özünü asıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: ANSPRESS