Avropa Şurasının baş katibi Bakıdakı yanğında ölənlərə görə başsağlığı verdi
“Bakıda hündürmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğınla bağlı məlumat almışıq. Bu faciə zamanı həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verirəm”.
APA-nın məlumatına görə, bunu Avropa Şurasının baş katibi Tyorbörn Yaqland özünün Twitter səhifəsində yazıb.
Qeyd edək ki, Brüsseldə Avropa Şurası Nazirlər Komitəsinin iclası keçirilir. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Mənbə:> APA