Azərbaycanda səfir öldü
Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.
ANS PRESSin mləumatına görə, bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi xəbər verib.
Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib. “O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.
1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib.
Mənbə:> ANSPRESS