Oteldə partlayışda səfir də öldü
Somalidə baş verən partlayış nəticəsində bu ölkənin səfirlərindən biri həlak olub.
ANS PRESS-in məlumatına görə, Somalinin paytaxtı Moqanişoda oteldə baş verən partlayışda Somalinin İsveçrədə fəaliyyət göstərən səfiri də dünyasını dəyişib.
“Paytaxt Moqadişodakı oteldə baş verən partlayışda Somalinin İsveçrə səfiri də daxil olmaqla, 10 nəfər həlak olub” – deyə təhlükəsizlik xidməti “AFP”yə açıqlama verib.
Polisin ilkin məlumatına əsasən, digər ölənlər isə hüquq-mühafizə orqanı əməkdaşlarıdır.
Qeyd edək ki, Somalinin paytaxtı Moqadişonun Maka Əl-Mukarama otelində baş verən partlayışa görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması özü üzərinə götürüb.
Mənbə:> ANSPRESS