Ərdoğana ölüm mesajı verildi
Somalidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri öncəsi terrorçular hərəkətə keçib.
ANS PRESS-in məlumatına görə, terrorçular Ərdoğanın səfərinin hazırlığı üçün Somalinin paytaxtı Moqadişoya gəlmiş Türkiyə xüsusi təyinatlılarının nümayəndə heyətinə hücum etməyə çalışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşının sözlərinə görə, Türkiyə xüsusi təyinatlılarının nümayəndə heyətin olduğu mehmanxananın yanında içində partlayıcı maddə qoyulmuş avtomobil partladılıb. partlayış nəticəsində ölən və yaralanan olmayıb.
Sky News Arabia telekanalı isə hadisə zamanı beş nəfərin öldüyü haqqında xəbər yayıb. Bəzi məlumatlara görə, isə partlayış nəticəsində daha on nəfər yaralanıb. Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Mənbə:> ANSPRESS