Məscidə kamikadze hücum
Pakistanın Ravalpindi şəhərində kamikadze məscidə hücum edib.
Naməlum silahlı şəxsin məscidin çölündə özünü partlatması nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ölənlər arasında 1 polis əməkdaşı da var.
Partlayış zamanı məsciddə azı 200 nəfər olub.
Faktla bağlı istintaq araşdırması başladılıb. Hücuma görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Pakistanda sonuncu dəfə Peşəvər şəhərində hərbi mətkəbə edilən hücum zamanı 15 nəfər öldürülmüşdü. Hücuma görə Taliban silahlıları ittiham olunurlar.
Mənbə:> ANSPRESS