Bakıda ailəli qadın oteldə özünü asdı - : Şok təfərrüatlar – YENİLƏNİB
“Vulkan”da baş verən hadisənin əlavə detalları məlum olub, AZXEBER.COM Vesti.Az-a istinadən xəbər verir.
Afaq Şükürovanın Sumqayıt sakini olduğu məlum olub.
Qadın ailəli olub və uşaqları var, amma son üç ayda Kürdəmirdə yaşayan və ərə getməmişdən öncə sevdiyi əmisi oğlu ilə zəngləşirmiş.
Əmisi oğlunun adı məlum deyil, amma onun subay olduğu məlumdur. İki gün öncə sevgililər “Vulkan” motelində görüşməyi qərara alaraq görüşüblər.
Nömrədə aşkar edilən meyit haqqında polisə motel işçiləri xəbər veriblər.
Şükürova hamam xalatının kəməri ilə özünü çilçıraqdan asıb.
Amma sonrakı detallar hüquq mühafizə orqanı əməkdaşlarını şoka salıb.
Motel əməkdaşları həmçinin bildiriblər ki, Şükürova ilə moteldə məskunlaşan şəxs bir sutka ərzində nömrədən çıxmayıb.
Hadisə yerinə gələn əməliyyatçılar və rayon prokurorluğu əməkdaşları onu elə Şükürovanın asılmış meyitinin altında çarpayıda oturduğunu görüblər.
Kişi belə vəziyyətdə bir sutka oturub.
İlkin məhkəmə ekspertizasının məlumatına görə Şükürova noyabrın 19-da ölüb.
10:18
Dünən Bakının Binəqədi rayonu ərazisində yerləşən “Vulkan” motelində baş verən intiharın təfərrüatları məlum olub.
Aydın olub ki, 1979-cu il təvəllüdlü Afaq Şükürova moteldə özünü asaraq intihar edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsində bildiriblər.
Xatırladaq ki, dünən 21.35 radələrində gənc qadının meyiti aşkarlanıb. İlkin məlumata görə, o qohumu tərəfindən bıçaqlanıb.
Amma istintaq nəticəsində məlum olub ki, Şükürova motelin nömrəsində özünü asıb. Məlumdur ki, o, iki gün müddətində öz sevgilisi - əmisi oğlu ilə moteldə qalıb. Dünən sevgililər arasında münaqişə baş verib, nəticədə Şükürova özünü asıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsinə (intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
İstintaq rayon prokurorluğu tərəfindən aparılır.
Mənbə:> AZXEBER.COM