Ankarada həlak olanların sayı 86-ya çatdı – 3 günlük matəm elan olundu
Türkiyənin paytaxtı Ankarada baş verən iki partlayış səbəbindən ölənlərin sayı artmağa başlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi ölənlərin sayı barədə açıqlama verib.
Nazirlik ölü sayının 86 nəfərə, xəsarət alanların isə 186 nəfərə çatdığını bildirib.
Eyni zamanda yaralıların 18-i təcili əməliyyat olunub, 28 vətəndaşın vəziyyəti isə ağır olaraq qalır.
Baş nazir Əhməd Davudoğlu Ankaradakı partlayışın ardından Türkiyədə 3 günlük milli yas elan edildiyini açıqlayıb.
Post by aznews.info.
Mənbə:> Qafqazinfo.az