Banqkokda partlayış zamanı ölənlərin sayı 18-ə çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Banqkokda partlayış zamanı ölənlərin sayı 18-ə çatdı – YENİLƏNİB

Banqkokda partlayış zamanı ölənlərin sayı 18-ə çatdı


Taylandın paytaxtı Banqkokda partlayış zamanı ölənlərin sayı 18 nəfər çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Tayland Daxili işlər nazirliyi məlumat yayıb.

Məlumata əsasən, daha 117 nəfər xəsarət alıb.

19:43

Taylandın paytaxtı Banqkokun işgüzar rayonunda məbədin yaxınlığında güclü partlayış olub.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, yerli KİV-nin məlumatına əsasən ən azı 12 nəfər həlak olub, onlarla yaralı var.

Hadisə yerində xaos hökm sürür – hər yanda insan qalıqları var.

Hücum Banqkokun mərkəzi rayonu Çidlomda, Eravan məbədi yaxınlığında axşam saat yeddi radələrində baş verib. BBC-nin məlumatına əsasən bu məbəd yerli abidədir. Onun yaxınlığında beşulduzlu otel yerləşir.

Məbədin yaxınlığında olan insanlar partalyışın tam gücünü hiss ediblər. Son zamanlar siyasi nümayişlərin məkanı olan Racprasonq küçəsi də partlayışın baş verdiyi məkanın yaxınlığındadır.

BBC-nin müxbirinin sözlərinə görə, belə hücumlar Banqkok üçün nadir haldır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *