İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında partlayış » AzNews.info -Xəbər portalı

İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında partlayış – VİDEO+FOTO (YENİLƏNİB)

İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında partlayış


“İslam dövləti” (İŞİD) bəyan edib ki, Qahirədə İtaliyanın konsulluğu yaxınlığındakı avtomobil patlayışını onun tərəfdarları törədib.

Oxu.Az bu barədə “İnterfaks”a istinadla xəbər verir.

“İŞİD yaraqlıları 450 kiloqram prtlayıcı maddə ilə doldurulmuş avtomobili İtaliya konsulluğu yaxınlığında partlada bilib”, - İslam radkillarının internetdə fəaliyyətini izləmə üzrə mərkəzin məlumatında deyilir.

Qeyd edək ki, patlayış nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb. Partlayış nəticəsində İtaliya vətəndaşları xəsarət almayıblar.

Konsulluğun yaxınlığında park edilmiş avtomobil diplomatik nümayəndənin bağlı olduğu vaxt partladılıb.

11:59

Bu gün səhər saatlarında Qahirənin mərkəzində İtaliyanın konsulluğunun yaxınlığında partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Husam Abdel Qafar jurnalistlərə məlumat verib.

Qeyd edək ki, öncə bu terror aktı zamanı yalnız iki polis nəfəri və yaxınlıqdan keçən üç nəfərin xəsarət alması barədə məlumat verilmişdi.

11:24

İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında baş vermiş partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, konsulluq yaxınlığında olan iki polis nəfəri və yaxınlıqda olan üç nəfər yaralanıb.

Bundan başqa, partlayış nəticəsində binanın fasadı dağılıb.

Öncə verilən məlumata əsasən, şəhərin mərkəzində konsulluğun binasının qarşısında partlayıcı qurğunun olduğu maşın partlayıb.

İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında partlayış
İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında partlayış


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *