Tayvanda partlayış: 500 yaralı var » AzNews.info -Xəbər portalı

Tayvanda partlayış: 500 yaralı var – VİDEO (YENİLƏNİB)

Tayvanda partlayış: 500 yaralı var


Tayvanda əyləncə parklarının birində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 509-a çatıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, yanğın, ardınca isə baş vermiş güclü partlayış Sinbey şəhərinin “Basyan” su atraksionları əyləncə parkında qeydə alınıb.

Xəsarət alanlardan azı 180 nəfər xəstəxanaların intensiv terapiya şöbələrinə yerləşdirilib, onlardan bir neçəsinə dəri transplantasiyasının keçirilməsi tələb olunur. Yaralılar arasında iki əcnəbinin olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Yanğının “Color Play Asia” boya festivalı çərçivəsində “Formosa Water Park” su atraksionunda təşkil olunan diskoteka zamanı baş verdiyi bildirilir. Ənənəyə əsasən, şou zamanı təşkilatçılar qonaqlara rəngbərəng boyalar atır. Məlumata görə, partlayış havada tozlandırılmış boya tozunun naməlum səbəbdən alışması nəticəsində baş verib.

Tədbirin təşkilatçıları polis tərəfindən saxlanılıb və dindirilir.

23:05

Tayvanın Sinbey şəhərində akvaparkda şənbə günü baş verən partlayış nəticəsində 205 nəfər yaralanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Focus Taiwan xəbər yayıb.

KİV-in yazdığına görə, 82 nəfərin vəziyyəti çox ağırdır. Yaralıların əksəriyyəti yerli xəstəxanalara çatdırılıblar.

Lakin bununla belə, bəzi yaralılar hələ də xəstəxanaya aparılmalarını gözləyirlər. Həlak olanlar barədə məlumat yoxdur.

Partlayış Formosa Water Park akvaparkında diskoteka zamanı baş verib.

Bildirilir ki, rəqs meydançalarından birinin üzərində naməlum mənşəli ağ tüstü səpilib. Bir qədər sonra insanları bürümüş ağ bulud partlayıb və yüzdən çox adam yanıq xəsarətləri alıb. Xəsarət alanların əksəriyyətinin bədəninin 40%-dək hissəsi yanıb.

Havada yayılan maddənin mənşəyi hələ məlum deyil. Polis diskoteka təşkilatçıları və akvapark əməkdaşlarını dindirir.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *