İstanbulda jurnal redaksiyasında partlayış: 1 ölü, 3 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

İstanbulda jurnal redaksiyasında partlayış: 1 ölü, 3 yaralı

İstanbulda jurnal redaksiyasında partlayış: 1 ölü, 3 yaralı


İstanbulda “Adımlar Dergisi"nin redaksiyasında partlayış baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Adımlar Dergisi"nin redaksiyası altımərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Güclü partlayış nəticəsində binanın fasadı qismən dağılıb, ətrafdakı ev və ofislərin şüşələri qırılıb. Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin versiyaya görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *