Azərbaycanda güclü partlayış: ölən və yaralanan var
Ötən gün saat 07 radələrində Qazax rayonunun Aslanbəyli kəndində evlərin birində güclü partlayış olub.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kənddə yaşayan Abdulla Qasımovun evində təbii qazın sızmasından ani partlayış olub.
Nəticədə evin pəncərə çərçivələri dağılıb. Ev sahibi A.Qasımov ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.
Qeyd edək ki, yanvarın 28-də Füzuli rayonunda evində qaz sızması nəticəsində baş vermiş partlayış zamanı xəsarət almış Mahir Quliyev isə xəstəxanada ölüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.
Mənbə:> ANSPRESS