Qanada partlayış: 100-dən çox insan həlak oldu – VİDEO
Qananın paytaxtı Akkrada yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində 100-dən çox insan həlak olub, yerli My Joy online radiosu xəbər verir.
Oxu.Az xəbər verir ki, yerli sakinlər şəhərdə davam edən leysan yağışları nəticəsində yaranmış daşqından xilas olmaq üçün YDM-də gizlənməyə çalışıblar.
Radio xəbər verir ki, yağış çərşənbə günü, iyunun 3-də, yerli vaxtla 17:30-da başlayıb və təxminən 21:30-da başa çatıb.
Bloomberg-in məlumatına görə, hazırda əhalisinin sayı 4 milyon nəfəri ötən şəhərin böyük bir hissəsində elektrik enerjisi kəsilib. Xilasedicilər ölənlərin cəsədlərini YDM-dən çıxarırlar.
Ölkə prezidenti Con Dramani Mahama hadisə yerinə gəlib.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Mənbə:> Oxu.Az