Rusiyada qəzəbli kütlə ermənini ölənə qədər döyüb – VİDEO
Rostov vilayətinin Sinyavsk kəndində qəzəbli kütlə yol qəzası törətmiş erməni sürücünü ölənə qədər döyüb.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, məlumata əsasən, hadisə avqustun 30-u gecə saatlarında yerli sakinlərin “Kənd günü”nü qeyd edən zaman baş verib.
Məclislərin birindən çıxan 22 yaşlı Rafael Xalqatyan atası Serqey Xalqatyan ilə birlikdə sərxoş vəziyyətdə Ford Focus avtomobilinin sükanı arxasına keçib, lakin uzağa gedə bilməyib.
Avtomobili idarə edə bilməyən Rafael maşını həmkəndlilərinin gözü qarşısında park olunmuş digər - Hyundai Accent, Mercedes Vito, Mazda, Kia и Mitsubishi - avtomobillərinə çırpıb. Hadisə zamanı bir neçə piyada da xəsarət alıb.
Qəzadan sonra sürücü ilə zərər çəkən avtomobillərin sahibləri arasında mübahisə yaranıb. Avtomobil sahibləri Rafaeli maşından çıxararaq döyməyə başlayıblar.
Onlara hadisədən narazı yerli sakinlər də qoşulublar. Nəticədə təxminən 300-ə yaxın qəzəbli kütlə sərxoş sürücünü vəhşicəsinə döyərək öldürüb.
Hadisə zamanı Rafaelin atası ona nə qədər kömək etmək istəsə də alınmayıb.
Mənbə:> Oxu.Az