Bakıda ayıq sürücünü evinə aparan sərxoş sürücü saxlanıldı » AzNews.info -Xəbər portalı

Bakıda ayıq sürücünü evinə aparan sərxoş sürücü saxlanıldı – VİDEO

Bakıda ayıq sürücünü evinə aparan sərxoş sürücü saxlanıldı


Gecə saatlarında Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə bir neçə sürücü gətirilib.

AzNews.info xəbər verir ki, APA TV-nin məlumatına görə, yol-patrul xidmətinin əməkdaşları Xosrov Elxan oğlu Soltanovu sükan arxasında mobil telefondan istifadə etdiyi üçün saxlayıblar.

Lakin onun həm də sərxoş olduğu müəyyən edilib.

Məntəqəyə gətirilən Xosrov Soltanovun sərxoş olması öz təsdiqini tapıb.

Sürücülər Mətləbəli Abbasov və İsmayıl Namazov isə təhlükəsizlik kəmərindən istifadə etmədiklərinə görə saxlanılıblar.

Sürücü İsmayıl Namazovun başına gələn hadisə əsl macəra sayıla bilər. Spirtli içki qəbul edən İsmayıl Namazov ayıq sürücü xidmətindən istifadə edib. Lakin evlərinə çatanda İsmayıl Namazov ayıq sürücünün özünü avtomobili ilə evinə aparmaq qərarına gəlib.

Ümumilikdə gecə saatlarında sərxoşluğun müayinəsi məntəqəsinə 25-ə yaxın sərxoş sürücü gətirilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *