Bakıda 60 yaşlı sərxoş sürücü özünü biabır etdi – VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi paytaxt yollarında reydlərə başlayıb.
AzNews.info-nun ANS TV-yə istinadən məlumatına görə, keçirilən növbəti reyd yüksək sürət, görünüşü məhdudlaşdıran pərdə və plyonkalar, maşına edilən dəyişikliklər və qayda pozan sürücülərə qarşı idi.
Tədbir payaxtın Neftçilər prospektində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik maşının yol polisləri tərəfindən izlənməsi ilə başlayıb. Polisin “saxla” əmirinə tabe olmayan sürücü hətta bir neçə dəfə qəza şəraiti də yaradıb. Onun bütün hərəkətləri isə müşahidə kameraları tərəfindən qeydə alınıb.
Amma yol polislərinin hazırladığı süni tıxaca düşən “Mercedes”-in sürücüsü sonda açarları təhvil verməli oldu.
YPX-nin inspektoru Feyzulla Bağırov sürücünün Hövsan hava limanı yolunda saxlanılıdığını bildirib. Saxlanılandan sonra məlum olub ki, “Mercedes” markalı avtomobilin sürücüsü sərxoşdur.
Gəncə və Nobel prospektində keçirilən reyd zamanı saxlanılan 60 yaşlı ağsaqqalın da sükan arxasına içkili əyləşdiyi məlum olub. Əməlindən utanan sürücü özünü biyabır etdiyini deyib.
Bir neçə sürücü isə maşını müddəti bitmiş tranzit nömrə ilə idarə etdiyi üçün cərimələnib.
Yol Patrul Xidməti maşınının köməyi ilə Rəşid Behbudov küçəsində hərəkətiz hala gətirilən “Porsche” maraklı maşın isə, xüsusi səs gücləndirici ilə təmin edildiyi üçün reyd zamanı cərimələnənlər sırasına düşüb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədovun sözlərinə görə, reyd zamanı 3 tibbi müayinə mərkəzində 60-dan çox avtomobili sərxoş halda idarə edən sürücü aşkarlanıb. Onlar məsuliyyətə cəlb ediləəcklər.
Ümumiyyətlə reyd zamanı hər 5 sürücüdən birinin sərxoş olduğu müəyyən olunub.
İndi seçim sürücülərindir, ya qayda pozub cərimə olunacaqlar, ya da bütün lazımi tədbirlər görüləcək ki, yol polisinin hədəfinə tuş gəlməsinlər.
Mənbə:> ANSPRESS