Bakıda sərxoş sürücü qəza törətdi
Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı eyni istiqamətdə hərəkət edən “Opel” və “Mercedes” maraklı iki minik avtomobili toqquşub.
Qəzanın “Opel” markalı maşının sürücüsünün içkili halda sükan arxasına keçməsi səbəbindən baş verdiyi güman olunur.
“Opel”in güclü zərbəsinə məruz qalan “Mercedes” yol kənarında olan səkilərə çırpılıb. Bundan sonra “Opel” markalı minik maşınının sürücüsü ərazidən yayınmağa çalışsa da ərziyə cəlb olunan yol patrul xidməti əməkdaşlı onu hadisə yerindən təxminən 300-400 metr kənarda saxlaya biliblər.
Daha sonra hər iki sürücü sərxoşluq dərəcənin müəyyən edilməsi üçün həkim müayinəsinə aparıldı.
Maddi ziyanın böyük olduğu qəzanın tək təsəlli verici tərəfi hadisə vaxtı xəsarət faktının olmamasıdır.
Mənbə:> ANSPRESS