Bakıda "Porsche" ilə bahalı qəza » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda "Porsche" ilə bahalı qəza

Bakıda "Porsche" ilə bahalı qəza


Bakıda toy məclisindən qayıdan sürücü qəza törədib. Hadisə ötən axşam Binəqədi rayonu Cavadxan küçəsində qeydə alınıb. Hadisə zamanı sürücünün idarəetməsindən çıxan “Porsche” markalı nəqliyyat vasitəsi əvvəlcə yolun əks istiqamətinə keçib. Daha sonra isə avtomobil yol kənarındakı səkilərə dəyərək dayanıb. Qəzadan sonra avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə Binəqədi rayon dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitəsi hadisə yerinə çağrılan evakuator vasitəsi ilə hadisə yerindən götürülərək cərimə meydançasına aparılıb.

İlkin ehtimala görə, qəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, “Porsche”nin sükanı arxasında oturan şəxs qəza zamanı sərxoş vəziyyətdə olub. Bu səbəbdən də o, yol polisləri hadisə yerinə gələnə qədər ərazidən uzaqlaşıb. Qəzanın hansı səbəbdən baş verməsi və sürücünün kimliyi isə Binəqədi rayon dövlət yol polis şöbəsində başlanan araşdırmalardan sonra məlum olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *