Bakıda keçidin altında vurulan piyada öldü
Gecə paytaxtın Yasamal rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Tibilisi prospektində üzü 20 yanvar dairəsi istiqamətində baş verən qəza zamanı yolu keçmək istəyən 50-55 yaşlarında kişi piyada naməlum avtomobil tərəfindən vurulub. Qəzadan sonra piyada bir neçə metr vurulduğu yerdən kənara düşüb və yaralı aldığı xəsarətlər nəticəsində hadsə yerində dünyasını dəyişib.
Qəza piyada keçidinin altında baş verib. qəza zamanı naməlum avtomobil piyadan keçidindən istifadə etməyən piyadanı vurub. Hadisə yerində ölən piyadaya heç bir yardım etməyən sürücü oradan uzaqlaşıb.
Qəzadan sonra hadisə yerinə Yasamal rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Meyit və hadsə yerinə baxış keçirilib. Hadisə yerinin yaxınlığında quraşdırılan təhlükəsizlik kamerasalarında görüntülər izlənəndən sonra isə piydanı vuran sürücünün kimliyi məlum olacaq.
Polislər həmçinin qəza zamanı ölən piyadanın da kimliyini müəyyən etmək istiqamətində araşdırmalarını davam etdirirlər.
Mənbə:> ANSPRESS