Göygöldə piyadaya yolu keçmək qismət olmadı
Göygöl rayonunda piyada ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, 50 yaşlarında olduğu bildirilən Göygöl rayon sakini Elxan Məmmədov yolu keçmək istəyərkən avtomobil vuraraq onu kənara atıb.
E.Məmmədov dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması alan hadisə qurbanının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin "Lexsus" markalı avtomobil tərəfindən baş veridyi, lakin sürücünün kimliyi və hadisənin dəqiq baş vermə səbəbləri barədə araşdırma aparılır.
Mənbə:> ANSPRESS