Kişi küçənin ortasında can verdi
Bakının Qaradağ rayonunda “KamAZ” markalı avtomobilin vurduğu piyada ölüb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə dünən saat 14 radələrində Ələt qəsəbəsində baş verib.
Qəsəbə sakini Nadir Həşimov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Etibar Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS