Polis Nabranda reyd keçirdi
Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində olub.
Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 120-dən artıq sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 9-u avtomobili sərxoş vəziyyətdə, 5 nəfər sürücülük hüququ olmadan maşın idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.
Ə. Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
Mənbə:> APA