Bakının yeni problemi: Sərxoş qadın sürücülər » AzNews.info -Xəbər portalı

Bakının yeni problemi: Sərxoş qadın sürücülər – VİDEO

Bakının yeni problemi: Sərxoş qadın sürücülər


Paytaxtda ilin əvvəlindən bu günə qədər avtomobili sərxoş vəziyyətdə idarə edən 4 032 sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.info xəbər verir ki, ANS TV-nin məlumatına görə, qaydaları pozanlar arasında zərif cinsin nümayəndələrinə də rast gəlinib.

120-dən artıq xanım sürücü içkili halda sükan arxasında əyləşdiyi üçün inzibati məsuliyyətə cəlb olunub və barələrində protokol tərtib edilib. Sürücülər arasında sərxoşluq faktının ötən illə müqayisədə daha da artdığı bildirilir.

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, bu cür sürücülərə qarşı tədbirlər davam edəcək. Yol hərəkəti haqqında qanuna və “İnzibatı Xətalar Məcəlləsi”nə edilən dəyişikliyə görə, sərxoş halda avtomobili idarə edən sürücülərə yüksək məbləğdə cərimə, sürücülük vəsiqəsinin əlindən alınması və həbs tədbiri görülə bilər.

Təkcə sərxoş sürücülər deyil həmçinin digər qayda pozan sürücülər də cərimələnib və barələrində tədbirlər görülüb. İlin əvvəlindən bu günə qədər 218 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 62 nəfər dünyasını dəyişib, 263 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən hadisələrin sayı 5 fakt çox olsa da, ölüm hallarında heç bir dəyişiklik olmayıb.

Qəzaların baş verməsində əsas səbəb sürət həddinin aşılması və piyadaların təyin olunmayan yerlərdən keçmələri olub. Qayda pozan sürücülər barəsində 2300-dən artıq protokol tərtib olunub.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *