Rusiyada azərbaycanlılar və ruslar arasında kütləvi dava » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Rusiyada azərbaycanlılar və ruslar arasında kütləvi dava

Rusiyada azərbaycanlılar və ruslar arasında kütləvi dava


Dava Voljsk şəhərinin Krasnooktyabrsk qəsəbəsində mayın 24-dən 25-nə keçən gecə baş verib.

Oxu.Az-ın “KP”ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 57 yaşlı kişi axşam evə qayıdarkən idarə etdiyi “QAZel” markalı avtomobilini başqa maşının yolunu kəsməsi səbəbindən qaraja daxil edə bilməyib.

İddiaya görə, avtomobilin içərisində yaxınlıqda yaşayan 2 azərbaycanlı olub və onlar yüksək səslə musiqi dinləyib. Yerli sakin onlardan avtomobili geri çəkmələrini istəyəndə aralarında dava düşüb.

2 nəfər sərxoş qafqazlı sürücünü döyüb. Hadisə yerinə bir neçə yerli sakin gəlib, azərbaycanlılar da öz növbəsində öz tanışlarını çağırıblar. Dava zamanı hadisə yerində olan “KamAZ” markalı avtomobil yandırılıb və daha bir yerli sakin, təqaüdçü döyülüb.

Hadisə şahidlərindən biri təcili yardım çağırıb. Hər iki şəxs travma ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları gəlib. Dava edənləri xüsusi təyinatlı dəstənin əməkdaşları sakitləşdirib. Hadisə yerində FHN-nın əməkdaşları da işləməli olub, belə ki, onlar yandırılan yük maşınını söndürüblər.

Hadisə yerinə, general-leytenant Aleksandr Kravçenko başda olmaqla bütün əyalət polisi gəlib. Yalnız gecə yarısı üçün hamı evinə göndərilib. Qəsəbənin 4 azərbaycanlı sakini polis bölməsinə aparılıb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda polis müstəntiqləri baş verənlərin təfərrütalarını aydınlaşdırırlar.

Volqoqrad vilayəti üzrə DİN rəhbəri dava haqqında Andrey Boçarovun yanında keçirilən iclasda məruzə edib.

“Vəziyyət mürəkkəbdir, mən gecə yerli sakinlər ilə danışmışam. Çoxları azərbaycanlıların davranışından şikayət edirdi. Bunu aydınlaşdıracağıq, axı kütləvi dava boş yerə baş verməyib. Əgər buna indi diqqət etməsək, bu məişət münaqişəsindən millətlərarası mübahisəyə keçəcək. Buna yol vermək olmaz. Yaxın günlərdə qəsəbəyə prokuror gəlməlidir. Bundan başqa, ümid edirəm ki, Voljskın icra başçısı Voronin qəsəbəyə və sakinlərin şikayətlərinə böyük diqqət ayıracaq” - Aleksandr Kravçenko qubernator və məmurlara bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *