Paytaxtda böyük dava
Rusiyanın paytaxtı Moskvada kütləvi dava baş verib.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, davada taciklərlə azərbaycanlılar arasında olub.
Dava nəticəsində 4 nəfər yaralanıb. Adları açıqlanmayan şəxslər xəstəxanaya çatdırılıblar, beş nəfərə isə ambulator yardım edilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Rəsmi məlumata görə, hadisə "Qibris" kafesinin yaxınlığında olub. Sudostroitelnaya 29 küçəsində iki qrup arasında mübahisə başlayıb. Mübahisə sonradan davaya çevrilib. Bıçaqlar və başqa küt alətlər işə düşüb.
Davada Azərbaycandan olan qonaq kürəyindən, Tacikistanda olan bir nəfər çiynindən xəsarət alıb. Məlumata görə, yaralananlar arasında hüquq mühafizə orqanları əməkdaşları da var.
Polisin gəldiyini görən qrup üzvləri qaçıblar.
İndi polis şübhəlilərin saxlanması üçün axtarışa başlayıb.
Mənbə:> ANSPRESS