Ermənilər arasında kütləvi dava: Ölən var
İspaniyanın Barselona şəhərindəki kafelərin birində ermənilər arasında kütləvi dava düşüb.
AzNews.info AzərTac-a istinadən məlumatına görə, dava Ermənistanın İspaniyadakı səfirliyinin iki həftədən bir bu şəhərdə həmvətənləri ilə keçirdiyi növbəti görüş zamanı baş verib.
Davaya görüş üçün növbəyə dayananlar arasında yaranan narazılıq səbəb olub.
İnsident nəticəsində 3 nəfər ciddi bıçaq xəsarəti alıb və onlardan biri dünən gecə ölüb. Yerli polis davada iştirak edənləri nəzarət altına götürüb.
Mənbə:> AzərTAc