Rusiyada azərbaycanlıların kütləvi davası
Rusiyada azərbaycanlılar kütləvi davaya qarışıblar. ANS PRESS-in məlumatına görə, dava Tatarıstanda, paytaxt Kazanda qeydə alınıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, dava azərbaycanlılarla taciklər arasında klublardan birində qeydə alınıb.
Məlumata görə, əllərində dəyənəklər olan 50-yə yaxın azərbaycanlı klubda istirahət edən taciklərə hücum ediblər. Buna səbəb isə taciklərin bir həftə öncə saldıqları dava olub.
Şahidlər münaqişə tərəflərini ayırmağa çalışsalar da buna nail ola bilməyiblər. Bundan sonra hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib. Bir necə nəfər yaralanıb. Yaralılar Kazan şəhər xəstəxanasına yerləşdiriliblər.
İndi polis davanın səbəblərini və onun təşkilatçılarının kim oduğunu öyrənməyə çalışır.
Mənbə:> ANSPRESS