Bakı bulvarında musiqiçilərin qanlı davası » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakı bulvarında musiqiçilərin qanlı davası

Bakı bulvarında musiqiçilərin qanlı davası


Bakı bulvarında küçə musiqiçiləri dava salıb.

Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin rəisi Müqabil Baxşıyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə sentyabrın 11-də Saat qülləsi yaxınlığında qeydə alınıb.

Belə ki, küçədə gitara ifa edən gənclər arasında münaqişə baş verib. Nəticədə 19 yaşlı Çingiz adlı musiqiçi bıçaqlanıb.

“Gənci bizim təhlükəsizlik xidməti əməkdaşlarımız bıçaqlanmış halda tapıblar. Deyilənlərə görə, onun elə öz yoldaşları bıçaqlayıb. Çingiz ağır yaralı idi. Onu danışdıra bilmədik. Polis çağırdıq, onu xəstəxanaya yerləşdirdik”, - deyə Müqabil Baxşıyev bildirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *