Deputat olmaq istəyən türk model sürücünü döyüb dişlədi – FOTO
Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkisində iştirak etmək iddasında olan Tuğba Özayın başına iş gəlib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Xalq partiyası (CHP) tərəfindən müraciət edənlər arasında məşhur model və seksual aktrisa Tuğba Özayın da adının olması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb və bir çox insanda ona qarşı qıcıq hissi yaranıb.
Tanınmış modeldən xoşu gəlməyən və etiraz edənlərdən biri isə onu hava limanına aparmaq üçün gələn şirkət sürücüsü olub. O, Özaya çemodanını yanına qoymamağı məsləhət görüb, məşhur model isə onun bu tələbinə əhəmiyyət verməyib. Beləcə sürücü ilə aralarında mübahisə yaşanıb. Nəticədə Özay sürücünün qolunu, boğazını dişləyib və yumruqlarla döyməyə çalışıb.
Tərəflərin mübahisəsi məhkəməyə qədər yol açıb.
Mənbə:> ANSPRESS