Məşhur rejissor infarkt oldu » AzNews.info -Xəbər portalı

Məşhur rejissor infarkt oldu

Məşhur rejissor infarkt oldu


Tanınmış kinorejissor Eldar Ryazanov xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, Eldar Ryazanov dünən səhər saatlarında evində olarkən özünü pis hiss edib. Saat 5-də onun yaxınları həkim çağırıblar və o, xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyəytinin ağır olduğunu bildirirlər. Məlum olub ki, Eldar Ryazanov infarkt keçirib. Bundan başqa müayinə zamanı onun ciyərlərində şiş də aşkarlanıb.

Xatırladaq ki, kinorejissor Eldar Ryazanov keçən ilin noyabr ayında da xəstəxanaya yerləşdirilmişdi. Onun ətrafındakılar Ryazanovun Burdenko adına neyrocərrahiyyə institutunda müayinə keçdiyini deyirdilər. Amma bir çox mənbələr Ryazanovun insult keçirdiyini və bədəninin bir hissəsinin qismən iflic olduğunu bildirirdi.

Qeyd edək ki, 87 yaşlı Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən qorun", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İki nəfərlik vağzal" filmləridir. Noyabrın 18-də kinorejissorun 88 yaşı tamam olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *