Şəhid əsgərimiz təltif edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Şəhid əsgərimiz təltif edildi

Şəhid əsgərimiz təltif edildi


Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən düşmənə qarşı döyüşdə mətinliklə vuruşaraq şəhidlik zirvəsinə yüksələn Fətəliyev Eldar Səxavət oğlu təltif edilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

24 yaşlı Eldar Fətəliyev hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıdıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçunun 2 azyaşlı övladı var.

Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq cəbhənin Gədəbəy istiqamətində atəşkəsi intensiv pozması nəticəsində Fətəliyev Eldar Səxavət oğlu şəhid olub. Şəhid olan müddətdən artıq hərbi qulluqçu Eldar Fətəliyev bu gün son dəfə öz evinə gəldi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *