Şəhidimizin öldürdüyü düşmən əsgərləri – VİDEO
Düşmənə qarşı döyüşdə mətinliklə vuruşaraq Şəhidlik zirvəsinə yüksələn Fətəliyev Eldar Səxavət oğlunun ölümü doğmalarını sarsıtsa da, onların əbədi qürur mənbəyinə çevrildi.
ANS TV-nin məlumatına görə, bu gün Gədəbəyin Novoivanovka kəndində dəfn edilən şəhid Fətəliyev Eldar Səxavət oğlunun qohumları ondan qürurla danışıb.
Şəhidin qardaşı Arzu Fətəliyev qardaşının hərbi xidmətə getdiyi vaxtdan bu günə kimi 4 erməni öldürdüyünü açıqqladı. İndi isə onun özü şəhid oldu.
Şəhidin qohumu Kəmalə Nağıyeva Eldarın çox mərd və vətənpərvər bir insan olduğundan söz açdı.
24 yaşlı Eldar Fətəliyev hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıtmışdı. Müddətdən artıq xidmət edən hərbi qulluqçunun 2 azyaşlı övladı var.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq cəbhənin Gədəbəy istiqamətində atəşkəsi intensiv pozması nəticəsində Fətəliyev Eldar Səxavət oğlu şəhid olmuşdur. Şəhid olan müddətdən artıq hərbi qulluqçu Eldar Fətəliyev bu gün son dəfə öz evinə gəldi.
Mənbə:> ANSPRESS