Şəhid bu gün dəfn ediləcək
Cəbhə xəttində şəhid olan Anar Mamed oğlu Atayev bu gün dəfn edilləcək.
ANS TV-nin məlumatına görə, şəhid Anar Atayev Ağcabədi rayonu Minəxorlu kənd qəbirsanlığında torpağa tapşırılacaq. Vida mərasiminə şəhidin döyüş yoldaşları, rayon ictimaiyyəti də qatılıb. Şəhidin günorta saatlarında torpağa tapşırılacağı gözlənilir.
Anar Atayevin yaxınlarının verdiyi məlumata görə, onun şəhid olduğu gün 24 yaşı tamam olub. Yəni doğum günündə o şəhidlik zirvəsinə ucalıb.
Anar Atayev ötən gün axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupunun Silahlı Qüvvələrimizin bölmələrinə basqınının qarşısını alarkən şəhid olub.
Mənbə:> ANSPRESS