Şəhid Fərid Əhmədovun anası: Oğlumun zəngini gözləyirəm » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Video

Şəhid Fərid Əhmədovun anası: Oğlumun zəngini gözləyirəm - VİDEO

Şəhid Fərid Əhmədovun anası: Oğlumun zəngini gözləyirəm

Bu gün şəhid Fərid Əhmədovun ölümünün 4 cü il dönümüdür.

AZNEWS.INFO ANS PRESS-ə istinadən xəbər verir ki, Cəlilabad rayonunda şəhidin doğulub boya-başa çatdığı evə hər il olduğu kimi bu il də ölkənin müxtəlif rayonlarından gələnlər var idi.

Azərbaycan bayrağının dalğalandığı bu ev artıq hamının ziyarət məkanına, qürür mənbəyinə çevrilib. Şəhidin anası Nərgiz Əhmədova hər il bu günü övladının ona cavab zəngi edəcəyi ümidlə gözləyir.

Şəhidin əşyaları hətta ən son istifadə etdiyi ətirləri belə otağında olduğu kimi qorunub saxlanır. Bunlardan biri isə ruhən anaya təsəllidir

Qeyd edək ki, Fərid Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da qaytarılıb. 7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunub. Elə həmin gün prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Allah Rəhmət eləsin!

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *