Prezident orden verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Robert Baqratoviç Mobilinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobili “Şöhrət” ordeni ilə təltif edilsin".
Mənbə: ANSPRESS