Prezident təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidenti Xose Muxikaya təbrik məktubu ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, təbrik məktubunda deyilir:
"Uruqvay Şərq Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Uruqvay xalqına sülh və rifah diləyirəm".
Mənbə:> ANSPRESS