Naməlum şəxslər Bakı sakinini döydülər
Bakı sakini 30 yaşlı Aşurov Kamil Eldar oğlu gecə Nərimanov rayonu, Keşlə qəsəbəsi ərazisində tanımadığı şəxslər tərəfindən döyülüb. O, ətradakı şəxslər tərəfindən 1 saylı xəstəxanaya yerləşdirilib. Daxil olan zaman həkimlər onun başında və bədəninin bir neçə nahiyələrində ciddi xəsarətlər aşkar edib. Kamil Aşurovun müalicəsi hazırda da xəstəxanada davam etdirilir.
Bununla əlaqədar Nərimanov Rayon Polis İdarəsinə də məlumat verilib. Xəstəxanada ifadəsi alınan Aşurov, Nizami Abdullayev küçəsində, 46 saylı binanın qarşısında bir neçə nəfər tanımadığı şəxslərlə mübahisə etdiyini və döyüldüyünü deyib. Onun həmin şəxslərlə hansı səbəbdən mübahisə etdiyi barədə məlumat yoxdur.
Hadisənin təfərrüatlarını hazırda rayon polisi araşdırır. Kamil Aşurova ciddi xəsarət yetirən şəxslərin kimliyi dəqiqləşdirilir.
Mənbə:> ANSPRESS