Bu gün Bakıda hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bu gün Bakıda hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmur

Bu gün Bakıda hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmur


Bu gün Bakıda Məşəl tədbirləri ilə bağlı 5-10 dəqiqəlik fasilələr istisna olmaq şərtilə, hər hansı yol məhdudlaşdırılması nəzərdə tutulmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə “Bakı 2015” I Avropa Oyunlarının Əmliyyat Komitəsindən (BEGOC) bildiriblər.

Qeyd edək ki, Bakıda Məşəl festivalı - iyunun 7, 8, 9 və 10-da keçirilir. İyunun 8-də tədbirlə bağlı yolların bağlanması nəzərdə tutulmayıb. İyunun 9 və 10-u isə qısa müddətlər üçün fasilələrlə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Həmin yollarla bağlı əlavə məlumat veriləcək.

Bakı-2015 Avropa Oyunlarının məşəlinin Bakıya səyahəti ilə bağlı ətraflı məlumatı

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları;

- Dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarında əldə etmək olar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *